Xəbər lenti
29/04/2024 [15:15]
Sabaha olan hava PROQNOZU
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Murat Boz ilk dəfə Azərbaycanda açıq hava altında konsert verəcək

Baxılıb: 482     Tarix: 31-07-2023 11:24   

Qafqazın ən böyük yay konsertləri festivalı olan “Dalğa Fest”in növbəti möhtəşəm konsertinə sayılı günlər qalır. 
Azərbaycanın və Qafqazin ən böyük istirahət mərkəzi olan “Dalğa Beach”də keçirilən festival çərçivəsində növbəti ulduz qonaq Türkiyənin superstarı Murad Boz olacaq.
Super hitlərin ifaçısı olan Murat Boz 12 avqust “Dalğa Fest”də bütün sevilən mahnılarını sevənləri üçün ifa edəcək. Məhz bu gün konsert sizə unudulmaz anlar yaşadacaq.
İndiyədək türkiyəli super stara bir neçə dəfə  Bakıda açıq hava altında konsert vermək təklifi edilsə də, heç vaxt razılaşmayıb. Bu Murat Bozun Azərbaycanda açıq hava altında ilk solo konserti olacaq.
Biletləri "Dalğa Beach"dən, iticket.az-dan və şəhərin bütün kassalarından əldə etmək mümkündür.
Unudulmaz və ölkəyə səs salacaq konsert 7 min nəfərlik geniş məkanda baş tutacaq.
Biletlərin qiyməti 30 AZN-dən başlayır.
Konsertə böyük maraq səbəbindən konsertə məhdud sayda biletlər qalır.
Qeyd edək ki, “Dalğa Fest"də artıq bu yayın ən böyük iki konserti - Xalq artistləri  Miri Yusifin və Röya Ayxanın konsertləri böyük izdihamla baş tutub.
Xatırladaq ki, Azərbaycanda ən böyük su parkı olan “Dalğa Beach Aquapark Resort” Bakının Mərdəkan qəsəbəsində, şəhərin mərkəzindən 37 km, hava limanından isə 17.2 km məsafədə yerləşən, müasir çimərlik istirahəti və əyləncə mərkəzidir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar