Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Eyyub Yaqubovun solo konserti baş tutub

Baxılıb: 651     Tarix: 21-08-2023 12:03   

19 avgust "Yaşıl Teatr"da Xalq artisti Eyyub Yaqubovun solo konserti baş tutub. Konsert "Big band sound pro" tərəfindən təşkil olunub.
Qanunvehedef.az xəbər verir ki, Gecədə "Big band" qrupunun bədii rəhbəri Fuad Musayev və Xalq artisti Cavan Zeynallının canlı ifaları da yer alıb.
Eyyub Yaqubov pərəstişkarlarını bir-birindən gözəl mahnıları ilə sevindirib. Onların arasında: "Kim bilir","Sovetskiy", "Yaşa Məhəbbətim", "Abşeronum", "Azəri torpağı", "Ağabala Çaykovski", "Ana" və s.
Konsert proqramında sevilən mahnılarla yanaşı yeni mahnılar da təqdim olunub. "Növbəti stansiya Zuqulba" adlı yeni mahnılardan birini təqdim edən sənətkarın gecə boyunca etdiyi söhbətləri də izləyicilər tərəfindən maraqla qarşılanıb.
O, evin sonbeşiyi olduğunu, uşaqlıqda "Romeo və Cülyetta" filmini çox sevdiyini və dəfələrlə gedib izlədəyini, həm də yazıçı olmaq istəyini sevənləri ilə bölüşüb.
Konsert "Big Band"in möhtəşəm müşayiətilə baş tutub. Konsert boyu ifa olunan rəqslər isə gecəyə xüsusi rəng qatib.
Qeyd edək ki, iki günlük konsert bugündə - 20 avqust tarixində davam edəcək.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar