Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq
Baxılıb: 758 Tarix: 04-03-2020 09:54
Yaxşı həkim işini görən peşəkar olmaqla yanaşı həm də insana böyük sevgi daşıyan bir qəlbə sahib olmalıdır. Məhz elə bunun nəticəsidir ki, Qanunvəhədəf.az xəbər portalına bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Fikrət Baxşəliyevə edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq.
- Mənim özü kimi qəlbi də gözəl həkimim, sizə nə qədər təşəkkür etsək azdı. 9 ay əziyyətimizi çəkdiniz, sizin sayənizdə mən hamiləliyimi başa vurdum sona qədər bizə dəstək oldunuz,sırf sizin üçün hər ay Gəncədən gəlib müayinə olub qayıtdıq, çünki sadəcə sizə etibar etdik, güvəndik sadəcə sizin savadınıza, insanlığınıza, səmimi söhbətlərinizə. Bizə dünyaları bəxş etdiniz, sizə nə qədər təşəkkür etsək azdı. Biz sizi çox sevirik.
Daha bir təşəkkür məktubu Hüseynovlar ailəsindən ünvanlandı:
Hörmətli redaksiya! “Şəfqət” klinikasının Baş həkimi, qinekoloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Fikrət Baxşəliyev məni əməliyyat masasından geri göndərdi. Fikrət həkim mənim mələyimə çevrildi. Yumurtalığımda olan kistalalara qarşı mübarizədən sonra ümidlərimin kəsildiyi vaxtda bu həkim tez bir zamanda məni sağlam vəziyyətə qaytardı. Odur ki, ona həyatımı borcluyam. Sən ana ola bilərsən xəbərini eşidəndə həyatda aldığım ən gözəl an oldu o xəbər. Qadın xəstəliklərinə qarşı mübarizədə yaxınlara və Azərbaycan xalqına Dr. Fikrət Baxşəliyevə güvənməyi məsləhət görürəm.
Əzizim Fikrət həkim, bir arının çiçəyin şirəsinə nə qədər ehtiyacı varsa insanların da sizin
kimi həkimlərə o qədər ehtiyacları var. Sizinlə hər görüşdə öz qızıl barmaqlı əllərinizlə bir xəstəyə verdiyiniz şəfa sizi Tanrıya daha çox yaxınlaşdırır. Tanrı nuruna bələnən insanlar isə daim uğur və nailiyyətlə yürüyürlər. Biz də “Qanunvəhədəf”.az xəbər portalının rəhbərliyi adından bu yolda sizə böyük uğur və nailiyyət arzulayırıq. Allahdan sizə can sağlığı arzulayaraq, ailəmə şəfa dağıdan əllərinizdən öpür, sizə daha çox səbr və can sağlığı arzulayırıq ki, başqalaraına daha çox sağlamlıq verəsiz!
Ən çox oxunanlar
Son xəbərlər