Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

TƏBİB koronavirus yayılmış ölkələrə gedənlər üçün tövsiyələr verib

Baxılıb: 581     Tarix: 06-03-2020 11:06   

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) koronavirus (COVİD – 19) xəstəliyi yayılmış ölkələrə səyahət etmiş şəxslər üçün tövsiyələr verib.
Məlumatda respirator xəstəliyin əlamətlərinin öskürək, qızdırma, ürəkbulanma, nəfəs darlığı olduğu bildirilib: "Koronavirus xəstəliyi rəsmi olaraq qeydə alınmış ölkələrə səyahət etmiş şəxslərin üzərində müşahidələrin aparılması son təmasdan sonrakı 14 gün ərzində nəzərdə tutulur. Müşahidə müddətində (14 gün ) mümkün qədər evinizi tərk etməyin, insanların sıx toplandığı yerlərə getməyin, şəxsi gigiyena qaydalarına ciddi riayət edin. Tez-tez əllərinizi su və sabunla 20 saniyə ərzində yuyun. İstifadə etdiyiniz dəsmaldan ailə üzvlərinizin istifadə etməsinə yol verməyin. Respirator xəstəlik əlamətləri hiss etdiyiniz halda dərhal 104 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edin və həkim müayinəsindən keçin".шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar