Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanda 9 nəfər metil spirtindən zəhərlənib - Onlardan 4-ü ölüb

Baxılıb: 815     Tarix: 02-04-2020 10:46   

“Martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti” zəhərlənməsi diaqnozu ilə 9 xəstə müraciət edib, onlardan 4-ü ölüb”.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
“Metil spirti” zəhərlənməsi ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də vətəndaşlara çağırış edib: “Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur. Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəli və yolverilməzdir. Çünki satışda olan və dezinfeksiya məqsədilə istifadə edilən, tərkibində bir atomlu spirtlər qrupundan etil spirti olan məhlullarda müvafiq farmakopeya məqalələrinin tələblərinə əsasən metil spirtinin – metanolun maksimum 200mkq/ml-ə qədər mövcud olması mümkündür. Metanolun daxilə qəbulu təhlükəlidir, belə ki, 5-10 ml ağır zəhərlənmə və korluq törətməyə qadirdir, 30 ml isə ölümcül ola bilər. Zəhərlənmə baş veribsə, intoksikasiya, ürək bulanması, qusma, şiddətli baş ağrısı, görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsi, korluq kimi simptomlarla aşkar edilir. Bu cür zəhərlənmə insanın vəziyyətinin pisləşməsi ilə - sianoz (dərinin və selikli qişaların göyərməsi), nəfəs darlığı, genişlənmiş göz bəbəkləri, konvulsiyalar və tənəffüs çatışmazlığından ölümə səbəb ola bilər. Əhalini diqqətli və ehtiyatlı olmağa çağırırıq!”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar