Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Almaniyada koronavirusa yoluxanların sayı 157 mini ötdü

Baxılıb: 836     Tarix: 29-04-2020 11:10   

Almaniyada ötən sutkada 1 304 nəfərə koronavirus diaqnozu qoyulub.
Qanunvehedef.az "Report"a istinadən xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Almaniyada qeydə alınan yoluxma hallarının sayı 157 641-ə yüksəlib.
Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 202 nəfər artaraq 6 115-ə çatıb. Ölkədə sağalanların ümumi sayı isə 120 000-i ötüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 138 000-i ötüb. Bunların 956 064 nəfəri sağalıb, 218 010 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar