Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xərçəng xəstəliyinin diaqnozu ilə bağlı BİR İLK

Baxılıb: 917     Tarix: 29-04-2020 14:33   

ABŞ-da aparılan araşdırma nəticəsində qan testi ilə xərçəngin daha tez diaqnoz edilə biləcəyi açıqlanıb.
Qanunvehedef.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da aparılan bir araşdırma nəticəsində, bədəndə heç bir əlamət göstərməyən xərçəng xəstəliyinin bir növ qan testi ilə daha tez aşkar edilə biləcəyi açıqlanıb.
Akademik "Science" jurnalına əsaslanan hesabatda bir araşdırma göstərib ki, xərçəng bir növ qan testi ilə hətta erkən mərhələlərdə də aşkar edilə bilər.
Əvvəllər heç bir simptom göstərməyən minlərlə insanın üzərində aparılan araşdırmada, qan testi sayəsində ilk dəfə bir çox xərçəng növü aşkarlanıb.
"Johns Hopkins" universitetinin üzvü Nickolas Papadopoulos, "Bunun mümkün olduğunu düşünürük. Bu araşdırma ilə standart test üsulları nəticəsində iki xərçəng xəstəliyi aşkarlanıb, baxmayaraq ki, bu hələ test mərhələsindədir" deyib.
Papadopoulos, testin yalnız 65-75 yaş qrupundakı qadınlar və kişilər üzərində edildiyini və daha dəqiq bir nəticə əldə etmək üçün fərqli yaş qruplarında sınanmasının lazım olduğunu söyləyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar