Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dr. Şahin Cəfərov - Peşəkarlıq mücəssəməsi

Baxılıb: 1 197     Tarix: 18-05-2020 01:58   

Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsl həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır. Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri həkim-terapevt Dr. Şahin Cəfərovdan gedir.
Ünsiyyətdə olub, daxili aləminə nüfuz etdikcə isə, bəzən elə bir zənginliklərlə qarşılaşırsan ki....
Sadə, səmimi, mehriban. Geniş ürəyə, dərin elmi zəkaya malik alim, xeyirxah insan, şəfalı əllər sahibi həkim. Onunla danışdıqca, baxışlarından süzülən şəffaf işıq seli, zəhmət dolu tale yollarına nur saçır. O işıq selinin izi ilə addımlamaq, istəyirsən...
Şahin Cəfərov hörmətli bir ailədə dünyaya gəlmişdir. Orta məktəbdə oxuduğu illərdə öz bilik və bacarığı, fəallığı ilə seçilən , ailəsinə layiq olmaq, ali təhsil almaq, cəmiyyətdə özünəməxsus yer tutmaq, insanlara, xalqa gərək olmaq kimi ali hisslərlə yaşayan Dr. Cəfərov orta təhsilini başa vurduqdan sonra sənədlərini N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna verərək daxil olmuşdur.
Çalışdığı müddət ərzində səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyük olmuşdur. Xəstəxanada nizam – intizama riayət edilməsi, xəstə - həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, peşəkar həkim kadrlarının çoxluğu, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların bu səhiyyə ocağına daha çox müraciət etməsinə səbəb olub. O, rəhbərliyin
kollektivin, Nazirliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir.

Ağ saçları uca dağların qarı,
Xidmətləri bir ölkənin vüqarı,
Günəşdənmi, alovdanmı nur aldı?
Günü-gündən ucaldıqca ucaldı.


Ömrünü sevə - sevə Azərbaycan səhiyyəsinin inkişafına həsr edən savadlı həkim gecəli – gündüzlü gərgin əməyi sayəsində çox şeylərə nail olmuşdur.
Lakin daha çox öyrənmək, elmi biliklərə daha dərindən yiyələnmək həvəsi onu zaman – zaman elm aləminə sövq etmişdir. Oxumaq, öyrənmək həvəsi Şahin həkimin həyatında bitib tükənməyən bir arzuya çevrilmişdir. O, bir sıra Beynəlxalq elmi konfranslarda simpozium və seminarlarda ölkəmizi yüksək səviyyədə təmsil etmişdir.
Şahin Cəfərov elmi fəaliyyəti ilə bərabər , yüksək ixtisaslı gənc həkim kadrların yetişməsi kimi önəmli bir missiyanı da yerinə yetirir. Gənc həkimlər həmişə Şahin həkimin məsləhətlərindən bəhrələnirlər.Gənc həkimlərin yetişməsində peşəkar həkim kimi əlindən gələn köməkliyi əsirgəmir.
Müqəddəs peşəsi, bilik və bacarığı ilə neçə-neçə taleyüklü insanların həyat eşqini özünə qaytaran, hər bir xəstənin ürəyində bir ümid çırağı yandıran Şahin həkim ona müraciət edən xəstələrinin hər zaman sevimlisidir.
Azərbaycan Nəşriyyatı yazıçı-jurnalistləri adından Dr. Cəfərovu təbrik edərək deyirik: - Həyatınız nurlu, təltifləriniz axarlı, işləriniz uğurlu olsun. Amin.шаблоны для dle 11.2