Yeganə həkimin şəfalı əlləri ailəmizin əvvəlki sevincini özünə qaytarıb...
Baxılıb: 999 Tarix: 23-05-2020 08:39
Hər kəsə bəllidir ki, əsrlər boyu tibb elmi insan həyatında müstəsna rol oynamış və belə bir halın varlığı zaman-zaman öz təsdiqini də tapmışdır. Ötən əsrlərdə bu sahə müəyyən qədər inkişaf etsə də, 21-ci əsrdə fərqli inkişafın əldə olunması qaçılmaz hal aldı. Çünki, tibb elminin inkişafı naminə hər il dövlət qayğısı artdıqca, Azərbaycan səhiyyəsinin müəyyən uğurlara qovuşması, eyni zamanda dünyanın bəzi ölkələrinin inkişaf göstəricilərinə cavab verən səviyyəyə çatması, sanki adi bir prosesə çevrildi. Son illər istər paytaxt Bakıda, istərsə də ətraf şəhər və rayonlarda, iri yaşayış məntəqələrində, hətta ən ucqar dağ kəndlərində olsa belə, yeni tibb müəssisələrinin inşa olunması, bəzilərində isə əsaslı təmir-bərpa işlərinin həyata keçirilməsi, müasir tibbi avadanlıqlarla təminatın lazımi səviyyədə ödənilməsi, səhiyyə müəssisələrində savadlı, bacarıqlı, öz peşəsin sevən tibb işçilərinin əmək fəaliyyəti ilə məşğul olmaları və s. onu söyləməyə əsas verir ki, həqiqətən bu gün ölkəmizin səhiyyə sahəsi həm inkişaf edir, həm də getdikcə təkmilləşir.
Azərbaycan Tibb Universiteti Cərrahiyyə klinikasının həkim nevropatoloqu Yeganə Rəşidovanın nailiyyətlərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı insan Yeganə həkimin məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir. Hətta uzun illər
aldığı müalicənin müsbət nəticə vermədiyinin şahidi olan xəstələr belə, bu peşəkar həkimin təyin etdiyi müalicəyə davam etdikcə vəziyyətin nisbətən yaxşılığından məmnun halda redaksiyamıza minnətdarlıq, dolu məktublar göndərir və qəzetlərdə, saytlarda oxuculara izləyicilərə çatdırılmasını xahiş edirlər.
Bu məktubu çapa hazırlayarkən düşündüm ki, pasientlərin minnətdarlıqla xatırlalıdığı Yeganə həkimi mən də görsəm pis olmaz. Yeganə həkimlə çox qısa zaman kəsiyində görüşdük. Həkim nevropatoloq Dr. Yeganə Rəşidovanın otağının qarşısında dayanan xəstələrin üzündəki təbəssümdən hiss olunurdu ki, pasientlər yanılmayıb. Görüşdük.Yeganə həkimdə görüb-müşahidə etdiyim keyfiyyətlər sadalandıqlarından qat-qat çox idi.
Bu günlərdə bacım Seyran Xəlilova qəflətən xəstələndi və başında şiddətli ağrılar ona dinclik vermədi. Həkimə müraciət etmli olduq. Həkim-nevropotoloq Yeganə Rəşidova xəstəmizi müayinə edəndən sonra bildirdi ki, müalicə edəcəyik bütün fəsadlar aradan qalxacaq.
Hörmətli redaksiya, artıq həmin həyəcanlı günlər arxada qalıb. Yeganə həkimin şəfalı əlləri ailəmizin əvvəlki sevincini özünə qaytarıb...
Biz də xalqımız adından Səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərlə əhalinin sağlamlığı keşiyində fədakarlıqla dayanaraq,əzmlə çalışan böyük ehtiram sahibi həkim – nevropatoloq Yeganə Rəşidovaya Təşəkkürümüzü bildirərək; Həyatınız səadət, fəaliyyətiniz uğurlarla rövnəqlənsin deyirik.
Həkimlə əlaqə:
(+994) 50 332-52-46
(+994) 55 332-52-46
Ən çox oxunanlar
Son xəbərlər