Məlahət Nəhmətova, həkimlik təcrübəsində keçdiyi mürəkkəb, zəngin həyat yolu və tibb sahəsindəki görkəmli xidmətləri ilə seçilən bir şəxsiyyətdir
Baxılıb: 1 094 Tarix: 29-05-2020 10:13
Mən də bütün gənclər kimi sağlam yaşamaq istəyirəm. Təəssüf ki, məndə beyin qan dövranı pozğunluqları var idi. Mən bu xəstəlikdən əziyyət çəkirdim. Qapı döymədiyim xəstəxana və həkim qalmadı, heç bir həkim dərdimə əlac tapa bilmədi. Artıq əlimi həyatdan üzsəm də, ümidimi Allaha bağlamışdım. Təsadüfən bizə dedilər ki, Baku Clinicdə Məlahət Nəhmətova adlı Həkim – nevropatoloq var, o bir mütəxəssis kimi öz ixtisasını mükəmməl bilir, hətta bir çox ölkələrdən həkimin yanına xəstələr gəlir. Çox təcrübəli həkimdir. Bu sətirlər Məlahət həkimin müalicəsindən şəfa tapan Bakı sakini Elza ibrahimovanın “Qanunvehedef.az” saytına yazdığı minnətdarlıq məktubundandır.
Düzü, mən sağalacağıma ümidimi itirmişdim. Məni həmin həkimin yanına apardılar. Məlahət həkim bizi çox səmimi və mehribancasına qarşıladı. Məni müayinədən keçirdikdən sonra dedi ki, səndə qorxulu bir şey yoxdur, müalicə edəcəyik, xəstəlikdən qurtulacaqsan.. Artıq müalicə öz bəhrəsini verir”. Hörmətli redaksiya, artıq həmin həyəcanlı günlər arxada qalıb. Məlahət həkimin şəfalı əlləri ailəmizin əvvəlki sevincini özünə qaytarıb… Təmənnasız, qayğıkeş, xəstəsini bir an belə nəzarətsiz qoymayan həkim- nevropatoloq Məlahət Nəhmətovaya ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm…
Hörmətlə: Beyin qan dövranı pozğunluqları xəstəliyindən əziyyət çəkən, artıq sağlamlığına qovuşan Elza xanım
Əziz və hörmətli həkim- nevropatoloq Məlahət Nəhmətova ! Sizin elmi biliklərinizin, təcrübənizin bar bəhəri sahib olduğumuz gözəlliklərdir. Fəaliyyətiniz boyunca çəkdiyiniz zəhmətlər və yaratdığınız gözəlliklər nuri- ziya olub yollarınıza çilənsin. Bütün işlərinizdə uğurlar, ailənizlə, əzizlərinizlə bərabər sizə sizə uzun ömür və xoşbəxt həyat arzulayırıq.
Həkimlə Əlaqə
Mobil
(+994) 55 535-97-70
(+994) 55 564-02-13
Ən çox oxunanlar
Son xəbərlər