Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"YAXŞILAŞMADAN SÖHBƏT GEDƏ BİLMƏZ..." - Bəhram Bağırzadənin həyat yoldaşı(Yeniləndi)

Baxılıb: 869     Tarix: 15-06-2020 12:25   

"Bəhram Bağırzadənin vəziyyəti dünəndən bu yana stabildir, hələ ki, yaxşılaşmadan söhbət gedə bilməz". Bunu APA-ya açıqlamasında, Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.
O bildirib ki, Bəhram Bağırzadəyə ağciyər köçürülməsi söhbəti yoxdur: “Mehriban xanım özü şəxsən nəzarətə götürüb, hazırda durumu stabildir. Sadəcə dua edirik ki, səhhəti düzəlsin”.
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.
Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
Məlumat üçün bildirək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.
Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.


Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə "Report"a Mərkəz Gömrük Hospitalının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində
Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb."Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Dünya təcrübəsində ağciyər toxumasının 75%-i üzərində olan zədələnmələrində COVID-19 xəstələrinin yaşamaq şansının çox az olduğu bidirilir.
Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihaz ına qoşulmasına qərar verilib. Qeyd edək ki, EKMO- ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Bu gün gecə saat 02:00 radələrində Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.
Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.
EKMO dəstəyi ilə birlikdə intensiv müalicəsi davam edən aktyorun ailəsinə və sevənlərinə səbir diləyir, sənətkarımıza bu çətin mübarizədə şəfa arzu edirik.
Dövlət Gömrük Komitəsinin və TƏBİB-in dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında koronavirus COVID-19 xəstələrinə bütün tibbi xidmətlər tamamilə pulsuz həyata keçirilir.
COVID-19 xəstələrinə bütün xidmətlər təmamilə pulsuz həyata keçirilir", məlumatda bildirilib.


"Bakılı oğlanları”ın digər iştirakçısı, "Planet parni iz Baku" teatrının rəhbəri Tahir İmanov virtualaz.org-a məlumat verib ki, Bəhram Bağırzadə ağır vəziyyətdə reanimasiya şöbəsinə aparılıb.
Onun sözlərinə görə, Bəhram Bağırzadəyə koronavirus diaqnozu qoyulub.
“Bəhram Bağırzadənin müalicəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Dövlət başçısına və Birinci vitse-prezidentə təşəkkür edirik. Həkimlər Bəhram Bağırzadənin həyatını xilas etmək üçün hər şeyi edirlər. Ümid edirik ki, həkimlərin səyləri sayəsində onun həyatını xilas etmək mümkün olacaq",-deyə Tahir İmanov bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar