Qadın xəstəliklərinə qarşı mübarizədə yaxınlara və Azərbaycan xalqına Dr. Firəngiz Rüstəmovaya güvənməyi məsləhət görürəm.
Baxılıb: 1 683 Tarix: 17-07-2020 09:49
Həkim adı çəkiləndə ilk növbədə gözlərimiz önündə xəstələrə şəfa bəxş edən, hər kəsin sağlamlığının keşiyində duran xilaskar bir peşə sahibinin varlığı canlanır. Həkimlər insan üçün ən dəyərli sayılan sağlamlığın keşiyində dayanan şəxslərdir. Bu insanlar daim cəmiyyətdə hörmətlə qarşılanıblar.
Ailə Həkimi Klinikası tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi bir tibb mərkəzidir. Klinikada ölkəmizdə və ölkə xaricində, dünyanın ən tanınmış tibbi təhsil müəssisələrində oxumuş və təcrübədən keçmiş mütəxəssisləri uğurlu çalışmaları ilə
özlərini doğrultmağı bacarrmışlar. Klinikada Avropa standartlarına tam cavab verən avadanlıqlarla mütəxəssislərin təyin etdiyi dəqiq diaqnozların nəticəsi effektli müalicə imkanı verir.
Ailə Həkimi Klinikasında fəaliyyət göstərən həkim-ginekoloq Firəngiz Rüstəmova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən həkimlərimizdəndir.
İlk dəfə qəbuluna gələn xəstəylə o qədər mehriban, səmimi, sakit, özünəinamlı formada inamla danışır, onu hörmətlə dinləyərək xəstənin ürəyindən keçənləri dilinə gətirmək imkanı verir ki, xəstə öz gələcək həkiminə anındaca inanır, savadlı danışıqlarını dinlədikcə isə onun simasında öz xilaskarını tapdığına əmin olur.
Məhz elə bunun nəticəsidir ki, Qanunvehedef.az xəbər portalına bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Firəngiz Rüstəmovaya edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq.
Hər şeyə görə sağ olun. Kaş ki, imkanım ola bütün ana olmaq istəyən qızlarımıza səslənim.Heç düşünmədən hamınız Firəngiz həkimi seçin. Sayənizdə hamiləlik stresindən, əməliyyat qorxusundan uzaq, şirin xatirələrlə dolu,9 ay keçirdim. Hər ay qəbulunuza gələndə sizi görən kimi olan narahatçılıqlarımı unutdum. İstənilən saatda nə vaxt yazsam, yığsam hər an hər sualımı cavablandırmağınızı , minimum dərmanla bir hamiləlik keçirməyimi unutmayacam. Siz tanıdığım ən gözəl, ən mehriban həkimsiniz. Sakit səsiniz insana hüzur verir, ən ağrılı vəziyyətdə belə hər şeyin gözəl olacağına inandırır.
Daha bir təşəkkür məktubu Hüseynzadələr ailəsindən ünvanlandı:
Hörmətli redaksiya! Ailə Həkimi Klinikasının baş həkimi, mama- qinekoloq Dr. Firəngiz Rüstəmova məni əməliyyat masasından geri göndərdi. Firəngiz həkim mənim mələyimə çevrildi. Yumurtalığımda olan kistalalara qarşı mübarizədən sonra ümidlərimin kəsildiyi vaxtda bu həkim tez bir zamanda məni sağlam vəziyyətə qaytardı. Odur ki, ona həyatımı borcluyam. Sən ana ola bilərsən xəbərini eşidəndə həyatda aldığım ən gözəl an oldu o xəbər. Qadın xəstəliklərinə qarşı mübarizədə yaxınlara və Azərbaycan xalqına Dr. Firəngiz Rüstəmovaya güvənməyi məsləhət görürəm.
Əzizim Firəngiz həkim, bir arının çiçəyin şirəsinə nə qədər ehtiyacı varsa insanların da sizin kimi həkimlərə o qədər ehtiyacları var. Sizinlə hər görüşdə öz qızıl barmaqlı əllərinizlə bir xəstəyə verdiyiniz şəfa sizi Tanrıya daha çox yaxınlaşdırır. Tanrı nuruna bələnən insanlar isə daim uğur və nailiyyətlə yürüyürlər.
Biz də “Qanunvehedef”.az xəbər portalının rəhbərliyi adından bu yolda sizə böyük uğur və nailiyyət arzulayırıq. Allahdan sizə can sağlığı arzulayaraq, ailəmə şəfa dağıdan əllərinizdən öpür, sizə daha çox səbr və can sağlığı arzulayırıq ki, başqalaraına daha çox sağlamlıq verəsiz!
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər