Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ayaz Hümbətov-həkim adını ləyaqətlə daşıyan, ona ucalıq gətirən şəxsiyyət

Baxılıb: 2 707     Tarix: 18-07-2020 08:35   

Şərəfli peşə sahibi olmaq hər bir insanın ümdə arzusudur, bu sənət insanlara xeyir verən nəcib, şərəfli olanda daha tez nəzərə çarpır. Həkimlər demək olar ki, həyatını, sağlamlığını, insanların həyatda sağlam tərzdə yaşamasına sərf edirlər. Bundan məsuliyyətli, bundan ülvi nə iş ola bilər. İşində məsuliyyətli çalışan həkimlərdən söz edərkən bir anlıq Medistyle Klinikasında çalışan həkim personalı göz önünə gəlir. Bu yaxınlarda yolumu Medistyle klinikasına salmışdım. Hospitalda gördüyüm münasibət həkim mehribançılığı peşəkar baxımından xəstələrə keyfiyyətli dəqiq diaqnozun qoyulması içimdə bir rahatlıq tapdı. Bu rahatlıq altında peşə fəaliyyəti məni burda da rahat buraxmadı. İstər-istəməz özümdən asılı olmayaraq gördüyüm mehribançılıq yüksək səviyyədə xəstələrə müayinənin aparılması mənə hərtərəfli bir xas olan ovqat bəxş etmişdir. Həkimin müayinə və müalicəsindən çox onun şirin dili səmimiyyəti hər bir xəstəyə böyük məlhəmdir. Belə bir səmimiyyəti Medistyle klinikasının “Travmatoloq-ortoped-Artroloqu” Ayaz Hümbətovun timsalında gördüm. Ayaz Hümbətovun xeyirxah insanlığı, peşəsinə məhəbbəti həkim kollektivi arasında böyük nüfuza malik olması məni də valeh etmişdir. Ayaz həkimlə söhbət apararkən sadaladıqlarımın bir daha şahidi oldum.
Məhz elə bunun nəticəsidir ki, redaksiyamıza daxil olan məktublar içərisində Ayaz Hümbətova edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq.
Ayaz həkimə daxil olan minnətdarlıqlar içərisində Məmmədovlar ailəsinin razılıq dolu müraciəti xüsusilə diqqəti cəlb edir: Mənim etdiyim dualar Ayaz həkimin yoluna nur saçsın deyir Elmira xanım. Dizimdə olan şişkinliklə bağlı Medistyle klinikasınına “müayinə olunmaq üçün müraciət etdim.
Həkim –Travmatoloq-ortoped” Ayaz Hümbətov məni hərtərəfli müayinə etdi və dərhal əməliyyat olmağımı məsləhət bildi.
Həkimin dəqiq diaqnozu məni ölümün pəncəsindən qurtardı. Artıq həmin həyəcanlı günlər arxada qalıb. Ayaz həkimin mənim üzərimdə icra etdiyi əməliyyat ailəmizin əvvəlki sevincini özünə qaytarıb…



 Hörmətli redaksiya heyəti! Sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Ayaz həkimə mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm.
Bütün insanı keyfiyyətləri özündə formalaşdıran, ruhunu ilahiyə təslim edən Ayaz həkim şəfalı əllərilə hələ neçə-neçə xəstənin üzünü güldürüb, ailəsinə sağlamlığı hədiyyə edəcək. Bu xəstəliklərin dünyada , o cümlədən respublikamızda artan faiz üzrə irəliləməsini nəzərə alsaq onun üzərinə düşən vəzifənin nə qədər çətin və önəmli olduğunu vurğulamaq yerinə düşərdi.
Ulu Tanrıdan sonra yaranmışların ən alisi olan insanı sağlamlığa qovuşduran, ona ikinci həyat bəxş edən, bu müqəddəs və şərəfli olduğu qədər də çətin peşənin yetişdirib cəmiyyətimizə bəxş etdiyi, həkim adını ləyaqətlə daşıyan, ona ucalıq gətirən şəxsiyyətlərdən bir olan Ayaz Hümbətova redaksiyamız adından təşəkkür etməyi borc bildik.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar