Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Çəkiyə görə nə qədər su qəbul olunmalıdır?

Baxılıb: 891     Tarix: 22-07-2020 07:56   

Həkimlərin dediyinə görə, orqanizmin 70, qanın 90 faizini su təşkil edir. Sudan az istifadə edilməsi ciddi sağlamlıq problemlərinə səbəb olur. Pandemiya dövründə gündə altı-yeddi dəfə su içilməsi immunitetə yaxşı təsir edir.
Qanunvehedef.az xəbər verir ki, tərləyərkən bədəndəki su nisbəti 1 faiz azalır və nəticədə susuzluq əmələ gəlir. Bu zaman boğaz quruyur və su içmək istəyi yaranır. Orqanizmin gündəlik su tələbatı çəkiyə uyğun olaraq hesablanır. Belə ki, gün ərzində hər kiloqram çəkiyə 30 millilitr su qəbul edilməlidir. Onun miqdarı ilin fəsillərinə və qidaya görə dəyişə bilər.
Həkim-fitoterapevt Elnur Eldaroğlunun Azərtac-a bildirdiyinə görə, orqanizmdə gedən gündəlik metobolik proseslər nəticəsində qalıq məhsullar, yəni toksinlər yalnız su vasitəsilə xaric olunur. Metobolik proseslər maye mühitdə faydalı maddələrin hüceyrəyə daxil olması və ziyanlı maddələrin xaric edilməsinə xidmət edir.
Su təkcə daxili deyil, zahiri gözəllikdə də mühüm əhəmiyyət kəsb edir. Gün ərzində vaxtlı-vaxtında su qəbul edilməsi dərinin daha parlaq və təravətli olması üçün vacibdir.
Həkim-fitoterapevt deyib: “Su dəriyə nəmlik və elastiklik verir, kollagen sintezini aktivləşdirir. Suyu az qəbul edənlərdə dəri xəstəliklərinin əmələgəlmə riski çox olur və onlarda allergik və qabıqlanma ilə gedən dəri xəstəlikləri müşahidə edilir. Qəbul edilən suyun çox hissəsi günün birinci yarısında yeməkdən yarım saat əvvəl içilməlidir. Ürək-damar xəstələri, hipertoniya, qalxanvari vəz və böyrək çatışmazlığı olanları ödemlərə meyilli olurlar və ona görə onlar qəbul etdikləri suyun miqdarını nəzərə almalıdırlar”.
Lakin suyu çox soyuq içmək olmaz. Soyuq su ağız boşluğunun selikli qişasına mənfi təsir göstərir. Eyni zamanda, həzm sisteminin funksiyası da pozulur, xüsusilə də yemək zamanı soyuq su içmək zərərlidir. Müsahibimizin dediyinə görə, yemək zamanı soyuq su içmək mədədə olan qidanın sürətlə qovulmasına və aclıq hissinin daha tez yaranmasına səbəb olur. Təbii ki, bu da öz növbəsində, piylənməyə aparıb çıxarır.
Suyun çox soyuq içilməsi ürək-damar sistemində də ciddi problemlər yaradır, həmçinin başağrısı, miqreni olanlar üçün də zərərlidir: “Otaq temperaturunda olan suyun içilməsi daha yaxşıdır. İsinmiş orqanizmin ona uyğun temperaturda su qəbul etməsi daha məqsədəuyğundur. Dişlərin sağlamlığını qorumaq üçün də soyuq su içməmək lazımdır, çünki bu zaman diş emalı zədələnir və karies yaranır”, - deyə həkim-fitoterapevt bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar