Dr. Azər Ələkbərov tam əminliklə hər kəsə tövsiyə etdiyim həkimdir Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar.
Baxılıb: 1 376 Tarix: 02-08-2020 17:08
Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə
biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət Azərbaycanımızın tanınmış həkim – stomatoloqu İstedadlı olduğu qədər də sadə insan olan Dr. Azər Ələkbərovdan gedir.
Redaksiyamıza daxi olan məktubların birində Azər həkim haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda onun xəstələrə göstərdiyi qayğıdan, mədəni davranışından, insanpərvərliyi və peşəkarlığından söhbət açılırdı.
Gülüş insanın bəzəyidir, hətta gözəl gülüş xanımlar üçün kosmetikanı əvəz edən vasitədir deyə bilərəm. Təbii ki, gözəl dişlər bu baxımdan əvəzsiz rol oynayır. Komplekssiz gülüş üçün düzgün formalı, bəyaz və baxımlı dişlər mənim üçün şərtdir. Söhbət dişlərə qulluqdan getdikdə bu mövzuda güvənib və dişlərimi etibar etdiyim stomotoloqum haqda sizə məlumat vermək istəyirəm. Azər həkim dişlərimdə luminir proseduru həyata keçirilib. Nəticə isə göz qabağındadır. Dr. Azər Ələkbərov tam əminliklə hər kəsə tövsiyə etdiyim həkimdir. Onu da qeyd edim ki, Azər həkim bir çox xarici stomotoloji form və tədbirlərdə iştirak edib və müxtəlif diş problemləri və stomotoloji estetika sahəsi üzrə professional biridir. Bir sözlə, könül rahatlığı ilə siz də faydala bilərsiniz.
Dr. Azər Ələkbərov gözəl insan,profeesional həkim! Sizə öz ailəmizin adından dərin təşəkkürümüzü bildirmək istəyirəm! Sizin mükkəmməl işləriniz sayənizdə bizlərə gözəl təbbəsüm bəxş etdiniz.
Təşəkkür edirəm doktor, əlləriniz var olsun!
Hörmətlə; Sevda Əliyeva
-Azər həkim ustad həkim olmaqla yanaşı həm də xeyirxah, haqsevər bir insandır. Onun zəhməti, biliyi və təcrübəsi sayəsində insanlara metal-keramik, Vinir, implant dişlər və Zirkon qapaqlar qoyulur. Ağız boşluğunda həm görkəmə mənfi təsir göstərən həm də tənəffüsə mane olan dişlərə breket qoyulmasını uğurla yerinə yetirən Azər həkim müsbət nəticə ilə tamamlanan işindən pasiyentlər çox razıdırlar.
Hörmətli redaksiya!
Mən neçə aylar idi ki, diş ağrılarından çox əziyyət çəkirdim. Azər həkim dişlərimi müayinə etdi və təcili çəkilməlidi söylədi. Dişlərimi çəkdi və düzəltdiyi gözəl protez anadangəlmə dişlərimdən fərqlənmir.Həkimin sadəliyi, qayğıkeşliyi bütün insanlara olan xoş münasibəti bizi çox sevindirir.O, insanların sosial durumundan asılı olmayaraq hamıya eyni münasibət bəsləyir və hamıya eyni qayğıkeşliyi göstərir. İnsanlardan öz xeyirxahlığını əsirgəmir.Ömrüm boyu ona minnətdaram.
Hörmətlə; Həqiqət Hüseynova
Ən çox oxunanlar
Son xəbərlər