Aygün Məmmədovanın apardığı osteopatik müalicə, bioloji tənzimləyici terapeyanın üsulları və reablitasiya sayəsində sağlamlığım tam bərpa olundu.
Baxılıb: 1 749 Tarix: 12-08-2020 08:53
Respublikamizin həkim-nevroloqu əhali arasında kifayət qədər hörmətlə tanınan Aygün Məmmədova haqqındadır açıqlamamız. Artıq uzun illərdi ki, bu yolda şərəflə addımlayan Aygün həkim ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Aygün həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimin təyin etdiyi dəqiq diaqnozdan razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Çünki bu həkim neçə-neçə insanların həyatına, ömrünə nur, şəfa bəxş etmişdir.
Müqəddəs peşəsi, bilik və bacarığı və təyin etdiyi dəqiq diaqnozları ilə neçə-neçə taleyüklü insanların həyat eşqini özünə qaytaran, hər bir xəstənin ürəyində bir ümid çırağı yandıran Aygün həkim ona müraciət edən xəstələrinin hər zaman sevimlisidir. Bütün nevroloji xəstəliklərin müayinə və müalicəsi üzrə peşəkar həkimlərdən sayılır.
Sözsüz ki, hansı sahədə çalışmasından asılı olmayaraq, əsas məqsəd işini sevərək yerinə yetirmək və gördüyün işlə insanlara, cəmiyyətə faydalı, gərəkli olmaqdır. Aygün Məmmədovanın timsalında isə sənətini dərindən bilən, həkim adını öz əməlləri ilə layiqincə doğrultmağı bacaran, işini vicdanla yerinə yetirən bütün həkimlərimiz bu cəmiyyətin ən gərəkli, ən çox ehtiyac duyulan və ehtirama layiq şəxsləridir. Bütün insanı keyfiyyətləri özündə formalaşdıran, ruhunu ilahiyə təslim edən Aygün həkim şəfalı əllərilə hələ neçə-neçə xəstənin üzünü güldürüb, ailəsinə sağlamlığı hədiyyə edəcək.
Nevroloji xəstəliklərin dünyada , o cümlədən respublikamızda artan faiz üzrə irəliləməsini nəzərə alsaq onun üzərinə düşən vəzifənin nə qədər çətin və önəmli olduğunu vurğulamaq yerinə düşərdi.
Qanunvehedef.az xəbər portalına bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Aygün Məmmədovaya edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq.
Ağayevlər ailəsindən ünvanlanan məktubu oxucu kütləsinin diqqətinə çatdırırıq:
Uzun illərdir bel ağrısından çox əziyyət çəkirdim
Kəskin bel ağrısı, hərəkət məhdudluğu, keyləşmə, axşamlar ağrının daha da artması və yerimdə çevrilə bilməmək və s. əlamətlər məni çox narahat edirdi. Artıq həyatda yaşamağıma ümidimi itirmişdim. Bütün bu problemlə bağlı Bioloji Təbabət Klinikasının həkim-nevroloq-osteopatı Aygün həkimə müayinə olunmaq üçün müraciət etdim. Aygün həkim məni hərtərəfli müalicə və müayinə etdi. Aygün həkimin apardığı osteopatik müalicə, fizioterapiya, reablitasiya və müalicəvi idman hərəkətləri sayəsində ağrılarım azalmağa başladı.İndi özümü gümrah hiss edirəm.
Əziz və hörmətli həkim-nevroloq Dr. Aygün Məmmədova. Sizin elmi biliklərinizin, təcrübənizin bar bəhəri təyin etdiyiniz dəqiq diaqnozlardır. Fəaliyyətiniz boyunca çəkdiyiniz zəhmətlər və yaratdığınız gözəlliklər nuri- ziya olub yollarınıza çilənsin. Bütün işlərinizdə uğurlar, ailənizlə, əzizlərinizlə bərabər sizə sizə uzun ömür və xoşbəxt həyat arzulayırıq. Bir daha Aygün həkimə uğurlar diləyir, işinin, halal zəhmətinin layiqincə bəhrəsini görməyini arzu edirik.
Aynurə Məmmədli
Ən çox oxunanlar
Son xəbərlər