Sevinc Əmirova- Həkimlər insan üçün ən dəyərli sayılan sağlamlığın keşiyində dayanan şəxslərdir
Baxılıb: 1 875 Tarix: 18-08-2020 08:50

-Dr. Əmirovaya ünvanlanan təşəkkür məktublarının bir neçəsini oxucu kütləsinin diqqətinə çatdırırıq:
Mənim özü kimi qəlbi də gözəl həkimim, sizə nə qədər təşəkkür etsək azdı. 9 ay əziyyətimizi çəkdiniz, sizin sayənizdə mən hamiləliyimi başa vurdum sona qədər bizə dəstək oldunuz,sırf sizin üçün hər ay gəlib müayinə olub qayıtdıq, çünki sadəcə sizə etibar etdik, güvəndik sadəcə sizin savadınıza, insanlığınıza, səmimi söhbətlərinizə. Bizə dünyaları bəxş etdiniz, sizə nə qədər təşəkkür etsək azdı. Biz sizi çox sevirik.

-Mən öz ailəmiz və bütün xəstələrin valideyinləri adından Sevinc həkim başda olmaqla 9 saylı Qadın Məsləhətxanasının rəhbərliyinə təşəkkürlərimizi bildiririk və deyirik: “Bir həkim bir aləm deməkdir. Qoy Ulu Tanrı həmişə sizə yar olsun. Siz Hippokrat andına sadiq olduğunuza görə həmişə seviləcək və həmişə də hörmətlə qarşlanacaqsınız. Bu xeyirxahlığınıza, insanlara dərin sevginizə görə də Böyük Yaradan həmişə sizi qoruyacaq”.Biz də Qanunvəhədəf.az portalı adından ömrünü insanları xəstəliklərin əlindən alıb sağaltmaq, onları yenidən həyata qaytarıb yaşatmaq kimi xeyirxah bir işə həsr edən Sevinc Əmirovaya ömrünün müdriklik çağının zirvəsində qalmağı, insanlara sevinc və yaşamaq eşqi bağışlamaq kimi xeyirxah işini bundan sonra da eyni əzmkarlıqla davam etdirmək üçün daha uzun ömür arzulayırıq.
Aynurə Məmmədli
Ən çox oxunanlar
Son xəbərlər