Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Koronavirusa yoluxub sağalmış həkim- infeksionist: "Rusiyada peyvənd yaratdıqlarını elan etməyə tələsdilər" - FOTO

Baxılıb: 1 005     Tarix: 18-08-2020 08:43   

Son zamanlar Azərbaycanda koronavirus infeksiyasının yayılması ilə bağlı məlumatlar ürəkaçan olsa da, pandemiya davam edir və hələ də tam aradan qalxmayıb. Statistikadakı müsbət dinamika sayəsində tibb işçilərinin yükü müəyyən qədər azalıb. Ancaq həkimlər ön planda qalmaqda davam edir. Təəssüf ki, yoluxmadan keçən bu müddət ərzində bir çox ağ xalatlı qəhrəman itirmişik.
Media.az özü də koronavirusa yoluxub sağalmış həkim- infeksionist Nicat Əzimli ilə həmsöhbət olub.- Siz özü bu xəstəliyə yoluxub sağalmış, sonra da necə deyərlər döyüş meydanına geri qayıtmış tibb işçilərindənsiniz...
- Mən demək olar, epidemiyanın əvvəlindən yoluxmuş insanlarla işləmişəm. Mayın 1-dək Klinik Tibbi Mərkəzdə çalışdım, sonra Neftçilər Mərkəzi Xəstəxanasına köçürüldüm. Bir insan daim yoluxanlarla birlikdə olduqda, qoruyucu kostyum geysə də, yoluxma riski var.
Bəli, xəstələndim, özü də heç də yüngül olmayan formada. Amma sağaldım və işləməyə davam edirəm. Lakin bu gözəgörünməz düşmənlə bacarmayan nə qədər həkimlərimiz oldu. Azərbaycan həkimləri dövlət, xalq və Vətən qarşısında borclarını yerinə yetirməkdə davam edirlər. Bu günə qədər təxminən 40 həkim və tibb işçisi itirmişik. Düşünürəm ki, onlar ölümündən sonra mükafatlandırılmağa və ailələri maddi dəstək almağa layiqdirlər.
- Rusiyada yaradılmış peyvəndə münasibətiniz necədir?
- Dünyadakı altı fərqli mərkəz koronavirus peyvəndi hazırladı və Rusiya da daxil olmaqla son sınaq mərhələsinə başladılar. Ancaq testlər aylarla davam etməlidir. Düşünürəm ki, Rusiyada peyvənd yaratdıqlarını elan etməyə tələsdilər.
Rus istehsalı olan peyvənd kifayət qədər insan üzərində sınaqdan keçirilməyib. Ən azı üç ay Rusiyada peyvəndləmə prosesini izləmək lazımdır və yalnız bundan sonra peyvəndin insan orqanizminə təsiri ilə bağlı müvafiq nəticələr çıxarmaq olar.


                                                                               Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar