Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ABŞ azərbaycanlı alimin korona tədqiqatını qəbul etdi

Baxılıb: 906     Tarix: 02-09-2020 10:36   

Almaniyanın Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin COVID-19-la bağlı apardığı növbəti elmi tədqiqat dünyanın ən nüfuzlu radioloji elmi cəmiyyəti olan Amerika Radiologiya Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib.
Qanunvehedef.az xəbər verir ki, tədqiqat noyabr ayından videoformatda keçiriləcək dünyanın ən böyük və nüfuzlu radioloji konqresi üçün elmi məruzə kimi qəbul edilib.
Bu, tarixdə ilk dəfə olaraq, qeyd olunan təşkilatın azərbaycanlı alimdən qəbul etdiyi ilk elmi tədqiqatdır. Bundan əlavə, Köln Universiteti Klinikasının Radiologiya İnstitutunun COVID-19-la əlaqədar orada təqdim edəcəyi ilk elmi layihədir.
Elmi tədqiqatda xəstələrdə öncədən aortada və ürəyin tac damarlarında yaranan kirəcləşmənin xəstəliyin proqnozundakı rolu sübut edilib. Bundan başqa xüsusi metodla ölçülən damarların kirəcləşməsinin səviyyəsinin xəstəliyin kliniki gedişinə birbaşa təsiri elmi şəkildə təsdiqlənib.
Qeyd edək ki, Nuran Abdullayev virusun öyrənilməsi, xəstəliyin müxtəlif xəstələrdə öncədən söylənilə biləcək proqnozu və kliniki gedişi barədə bir neçə elmi tədqiqat işini tamamlayıb. Aparılan tədqiqatların nəticələri ictimaiyyətə müvafiq elmi jurnallarda dərc edildikdən sonra tam açıqlanacaq. Azərbaycanlı alimin işçi qrupu ilə birlikdə “COVID-19 diaqnostikasında Süni intellektin rolu” mövzusunda hazırladığı layihə Almaniyanın müvafiq elmi distansiyalarında yüksək qiymətləndirilib.
Xatırladaq ki, tibb elmləri doktoru Nuran Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və tutarlı elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar