Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Koronavirus hüceyrələrini məhv etmək üsulu aşkarlandı

Baxılıb: 764     Tarix: 20-09-2020 10:26   

Yaponiya alimləri yoluxmuş bir səthdə ultrabənövşəyi radiasiyaya (dalğasının uzunluğu 10-400 Hm diapazon olan elektromaqnit şüaları-red) məruz qalmanın koronavirus hüceyrələrini öldürdüyünü sübut ediblər.
“Report” xəbər verir ki, Xirosima Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırma “American Journal of Infection Control” jurnalında dərc edilib.
Alimlərin araşdırması zamanı məlum olub ki, koronavirus hüceyrələrinin 99,7 faizi ultrabənövşəyi radiasiyaya məruz qalma nəticəsində ölür. Bu vəziyyətdə dalğanın uzunluğu 222 Hm olmalıdır, əks təqdirdə radiasiya dəriyə nüfuz etməyəcək və canlı hüceyrələri məhv etməyəcək.
Alimlərin fikrincə, bu kəşf xəstəxana binalarının dezinfeksiya edilməsini yaxşılaşdıra bilər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar