Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ABŞ-da iki azərbaycanlı koronavirusdan vəfat etdi

Baxılıb: 833     Tarix: 20-09-2020 12:25   

 ABŞ-ın Texas ştatının Hyuston şəhərində iki azərbaycanlı koronavirusdan (COVID-19) dünyasını dəyişib. 

Qanunvehedef.az bildirir ki, "Report"un ABŞ bürosunun məlumatına görə, bunlar Rusiya vətəndaşları, əslən Azərbaycanın Quba rayonundan olan 1960-cı il təvəllüdlü Rəsulova Ruqiyyə Ramiz qızı və onun qızı Canıyeva Ruslana Tofiq qızıdır.

R.Rəsulova 10 gün əvvəl COVID-19 diaqnozu ilə klinikaya yerləşdirilib və ötən gün dünyasını dəyişib. R.Canıyeva isə iki gün əvvəl özünü pis hiss edib. Onun koronavirus testinin nəticəsi müsbət olub. R.Canıyeva bu gün vəfat edib.
Hər iki azərbaycanlı xüsusi karantin qaydaları ilə Hyustonda dəfn olunacaqlar.






Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar