Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Payız xəstəlikləri” gəldi, korona artdı... - İnfeksionist

Baxılıb: 819     Tarix: 08-10-2020 13:02   

Koronavirus infeksiyasının yüngül gedişi və virusun mutasiyaya uğraması göz önündədir.
Bu sözləri professor, infeksionist Adil Qeybulla ölkəmizdə COVİD-19 infeksiyasına yoluxmanın artması haqda danışarkən deyib.
Onun sözlərinə görə, payız aylarında ortaya çıxan bəzi soyuqdəymə xəstəlikləri tez-tez koronavirusla qarışdırılır:
“Qızdırması olan şəxslər təşvişə düşüb özünü test vermək məcburiyyətində hiss edir. Ümumiyyətlə, payız aylarında karantin qaydalarına daha çox riayət etmək və soyuqdəymə xəstəliklərindən qorunmaq lazımdır. Bir müddətdir ki, koronavirusa yoluxmada kəskin azalma müşahidə olunurdu. Lakin son günlərdə artım qeydə alınıb. Bu o deməkdir ki, bəzi vətəndaşlarımız karantin qaydalarına əməl etmir. Diqqətli olmaq, yenə də eyni ciddiyyətlə virusa qarşı mübarizə aparmaq lazımdır”.
Adil Qeybulla hərbi hissələrdə, kazarmalarda, hospitallarda da karantin qaydalarının gözlənilməsinin zəruri olduğunu bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar