Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Qocalmanı ləngidən unikal meyvə

Baxılıb: 752     Tarix: 23-07-2021 11:24   

Diyetoloqlar 50 yaşdan sonra yaşlanmanı yavaşladan qidaları açıqlayıb.
Qanunvehedef.az Publika.az-a istinadla xəbər verir ki, onların fikrincə, avokado gündəlik pəhriz üçün faydalı olacaq. Bildirilib ki, avokado iltihabla mübarizə aparan bol yağ mənbəyidir, eyni zamanda dərini daha hamar və parlaq etmək xüsusiyyətlərinə sahibdir. Bundan əlavə, meyvə bədənin ölü dəri hüceyrələrindən qurtulmasına kömək edə biləcək A vitamini ilə zəngindir.
Yüksək səviyyədə Omeqa-3 yağ turşuları ilə zəngin bəzi balıq növləri də yaşlanma prosesini dayandırmağa kömək edəcək.
A və C vitaminləri ilə zəngin olan çiyələk dəri zədələnməsinə və qocalmasına səbəb olan iltihabı azalda bilər. Çiyələk, böyürtkən və moruq antioksidant və bioaktiv birləşmələrlə zəngindir.
Kələm və ispanaq kimi məhsullar isə 50 yaşdan yuxarı insanlarda yaşlanma prosesini ləngidir. Vitaminlər, minerallar, lif və insanın gündəlik ehtiyac duyduğu qocalma əleyhinə birləşmələrin etibarlı tədarükünü təmin edən digər bioloji aktiv birləşmələrlə zəngindir.шаблоны для dle 11.2