Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Yoluxma sayı 15-20 mini ötəcək - Qorxulu proqnozun qarşısı necə alınacaq? - AÇIQLAMA

Baxılıb: 238     Tarix: 22-10-2021 12:02   

Millət vəkili, ürək-damar cərrahı Rəşad Mahmudov bildirib ki, yoluxma sayı 15-20 mini ötəcək. Vaksinasiya yoluxma və ölüm sayının artmasının qarşısını niyə almır? Hətta vaksinasiya olunan insanlar da dünyasını dəyişirsə, başqa çıxış yolu tapmaq olmazmı?
Məsələ ilə bağlı infeksionist Nicat Əzimli açıqlama verib.
O bildirib ki, "Molnupiravir" adında dərman istifadəyə verilmək üzrədir və sınaq müddətində bu dərmanı qəbul edən şəxslərin xəstəxanaya yerləşdirilməsində ikiqat azalma müşahidə olunub:
"Əvvəlcə sonuncu sualınıza toxunmaq istərdim. Nə xəstəliyi keçirənlərdə, nə də vaksin vurduranlarda ömürlük spesifik immunitet yaranmır. Vaksin maksimum 6 aylıq qoruyuculuq gücünə malikdir. Hətta yeni variantların süni immunitetə qarşı rezistentliyi və digər müxtəlif səbəblərdən bu müddət daha da qısa ola bilir. Buna görə vaksinasiyadan sonra 5 ayı tamamlanmış şəxslər buster doza ilə immunitetini yeniləməlidirlər.
Əlavə olaraq, 2-ci çıxış yolu müalicə vasitələridir. Onlar üzərində də dünyada çox geniş araşdırmalar gedir. Məsələn, bunlardan biri "Molnupiravir" adında dərman istifadəyə verilmək üzrədir. Sınaq müddətində məlum olub ki, bu dərmanı qəbul edən şəxslərdə xəstəxanaya yerləşdirilmə 50% azalıb.
Bu və bu kimi vasitələr vaksinasiyaya əlavə olaraq pandemiyanı kontrol altına almaqda öz rolunu oynayacaq".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar