Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"Növbəti böhrana hazırlaşmalıyıq" - ÜST

Baxılıb: 432     Tarix: 04-11-2021 12:26   

"ÜST-nin məqsədi bu il ərzində bütün dünya ölkələrində əhalinin ən azı 40 faizinin peyvənd olunmasıdır".
Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COVID-19-dan sonrakı dünya" mövzusunda keçirilən Qlobal Bakı Forumuna göndərdiyi videomüraciətində deyib.
"Biz bundan sonra da növbəti böhrana hazırlaşmalıyıq. Bizim səhiyyə sistemlərimiz daha müvafiq olmalıdır. Ən zəngin və inkişaf etmiş dövlətlər belə bu xəstəlikdən qorunmayıb. Bu pandemiya bir daha göstərdi ki, sağlamlıqla bağlı olan məsələ həmişə diqqət mərkəzində olmalıdır. Biz səhiyyəyə, ilkin xidmətlərə ayrılan vəsaitləri artırmalıyıq. Biz qlobal çərçivədə xüsusi maliyyə çərçivəsi yaratmalıyıq", - deyə o bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar