Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Uşaqlara kalsium nə zaman verilməlidir?

Baxılıb: 844     Tarix: 22-12-2021 17:04   

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov uşaqlara göstəriş olmadan kalsium preparatının təyin edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Qanunvehedef.az xəbər verir ki, o, bu barədə nazirliyin instaqram səhifəsində canlı yayım zamanı bildirib.
“Mən dərman vasitələrinin ancaq ehtiyac olduğu halda uşağa verilməsinin tərəfdarıyam. Bunun səbəbləri var. Kalsium metabolizmasını bilmədən bu dərmanları verdiyimiz zaman kalsiumun təsiri uşaqlarda normadan yuxarı ola bilər. Qanda kalsiumun normasını ölçmədən kalsium təyin etdiyimiz zaman bəzi uşaqlarda hiperkalsemiya yarana bilər”.
Həkim bildirib ki, kalsium artıqlığı böyrəklərdə duzlaşma və daş əmələ gətirir: “Ümumiyyətlə, dərman uşaqlara əsaslı şəkildə verilməlidir. Mən həkim kimi lazımsız kalsi istifadəsinin əleyhinəyəm. Yalnız hansısa uşaqda kalsium azlığı varsa, bu, ancaq həkim məsləhəti ilə verilə bilər”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar