Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bir həftəyə Azərbaycanda koronavirusdan 53 nəfər ölüb

Baxılıb: 266     Tarix: 27-01-2022 12:43   

Azərbaycanda koronavirusun “omicron” ştamı sürətlə yayılmağa başlayıb.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.
Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildirir ki, bəzi insanlarda arxayınlıq yaranıb və bu çox təhlükəlidir:
“İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. “Buster” (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki “buster” doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir”.
Baş infeksionist əlavə edib ki, aparılan tədqiqatların nəticələrinə görə, “Omicron”a qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70 %-in üzərinə çıxır:
“Omikron”dan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır. “Buster” dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar