Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dünyada koronavirusa yoluxanların sayı 426 milyonu keçib

Baxılıb: 307     Tarix: 24-02-2022 15:54   

Dünyada koronavirusa yoluxmaların təsdiqlənmiş sayı 426 milyonu, koronavirusla bağlı ölüm hallarının sayı isə 5,89 milyonu keçib.
“Report” Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, bu statistikaya yalnız yoluxanların və ölənlərin sayı barədə dövlətlər tərəfindən təqdim edilmiş rəsmi məlumatlar daxildir.
Yoluxanların sayı fevralın 10-da 400 milyonu, yanvarın 8-də 300 milyonu, keçən ilin noyabrın 9-da isə 250 milyonu keçmişdi.
Məlumata görə, dünyada COVID-19-a 426 624 859 yoluxma aşkarlanıb. Son sutkada daha 1 666 103 nəfərin koronavirusa yoluxması və bu virusun yaratdığı xsətəlikdən 7 523 pasiyentin öldüyü məlum olub.
Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 5 899 578 nəfərə çatıb.
Dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Fransa və Böyük Britaniya qərarlaşıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar