Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycanda dərmanların keyfiyyətinə nəzarət necə həyata keçirilir?

Baxılıb: 314     Tarix: 25-03-2022 12:32   

Dərman vasitəsi ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, mərkəzin mütəxəssisləri tərəfindən təqdim edilmiş nümunələrin qablaşması, içlik vərəqəsi yoxlanılır, yoxlanıldıqdan sonra nümunələr AEM-də yaradılan Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasına təhvil verilir.
"Laboratoriyada təqdim edilən dərman vasitələri nümunələrinin tərkibi və digər keyfiyyət parametrləri istehsalçı tərəfindən təqdim edilən normativ sənədlərə əsasən yoxlanılır. Ölkədə istehsal olunan dərman vasitələrinin hər seriyasının nümunəsi də dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında yoxlanılır. Müvafiq laborator yoxlamalar aparıldıqdan sonra dərman vasitəsinə sertifikat verilir. Farmakonəzarət sistemi - dərman vasitələrinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlərin və digər arzuolunmaz nəticələrin aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması sahəsində görülən tədbirlərin məcmusunu müəyyənləşdirir", - deyə məlumatda qeyd olunub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar