Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Meredov: Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik

Baxılıb: 8212     Tarix: 21-06-2026 16:35   

Azərbaycan və Türkmənistan enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də Xəzər dənizində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər.

Qanunvehedef.az Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Rəşid Meredov Nazirlər Kabinetinin iclasında bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn ikitərəfli əlaqələrin əsas mövzusu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərinə hazırlıq olacaq.

Qeyd olunub ki, səfər iki ölkə arasında ənənəvi mehriban qonşuluq münasibətlərini prinsipial olaraq yeni səviyyəyə qaldırmaq məqsədi daşıyır.

"Qarşıdan gələn yüksək səviyyəli danışıqlar zamanı enerji, nəqliyyat, logistika sahələrində, eləcə də Xəzər dənizində üçtərəfli əməkdaşlıq formatları çərçivəsində tərəfdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək", - məlumatda bildirilib.

Vurğulanıb ki, bu günə qədər ikitərəfli əməkdaşlığın hüquqi bazası 120-dən çox sənəddən ibarətdir və qarşılıqlı ticarət sabit müsbət dinamika nümayiş etdirir.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar