Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Həkim: "COVID-19-a yoluxub sağalanlarda bəzən qan xəstəlikləri ortaya çıxır"

Baxılıb: 862     Tarix: 05-09-2022 13:22   

"COVID-19-a yoluxub sağalanlarda bəzən qan xəstəlikləri ortaya çıxır".
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təhməz Həziyev deyib.
Onun sözlərinə görə, tromboz keçirmiş insanlarda müvafiq orqan disfunksiyası yaranır: "Bundan əlavə, miokard infarktı keçirmişlərdə ürək çatışmazlığı, pulmonar (ağciyər) emboliya olanlarda tənəffüs çatışmazlığı, həmçinin artmış pulmonar hipertenziya, işemik beyin insultu keçirmiş insanlar zehni və fiziki iş görən zaman çətinliklərlə üzləşirlər".
Mütəxəssis vurğulayıb ki, leykoz, limfoma, miyelom kimi hematoloji xərçəngi olan, aktiv müalicə alan və ya müalicəsini yeni tamamlamış şəxslərdə digərlərinə nisbətən COVID-19 daha ağır şəkildə keçə bilər: "İmmuniteti zəifləmiş və ya xərçəng xəstəliyindən müalicə alanlar, onlarla birgə yaşayan ailə üzvləri tənəffüs yolları infeksiyalarının ötürülməsi riskini azaltmaq üçün tövsiyə olunan tədbirlərə daha diqqətlə əməl etməlidirlər. Bundan əlavə, dərmanların həkim nəzarəti olmadan birbaşa dayandırılmasının nəticələri xəstə üçün daha riskli ola bilər. Bu səbəbdən hər hansı bir dərman dəyişikliyindən əvvəl mütləq xəstələrin həkim ilə əlaqə saxlamaları tövsiyə olunur".

Qanunvehedef.az



{sape_links}{sape_article}