Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanda meyitdən orqan köçürülməsi sahəsindəki problemlər açıqlanıb

Baxılıb: 631     Tarix: 26-10-2022 13:19   
     
 Hesablama Palatası Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən meyit donordan orqan köçürülməsinin təmin edilə bilməməsinin səbəblərini açıqlayıb.
APA xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətin auditinin nəticələrində əksini tapıb.
Səhiyyə Nazirliyinə təklif olunub ki, meyit donordan orqan köçürülməsinə dair müvafiq normativ hüquqi bazanın yaradılması prosesinin tamamlanması istiqamətində müvafiq addımlar atsın.
Eyni zamanda Səhiyyə Nazirliyinə aşağıdakı təkliflər də verilib:
- Nefrologiya ixtisası üzrə rezidentura təhsilini bitirən mütəxəssislərin təyinatları zamanı hemodializ şöbələrindəki kadr çatışmazlığı nəzərə alınmasını, hemodializ şöbələrində illərlə davam edən kəskin kadr çatışmazlığını nəzərə alaraq nefrologiya ixtisası üzrə rezidentura təhsilinə qəbul yerlərinin sayının optimallaşdırılması;
- xroniki böyrək xəstələrinin sayının ilbəil artmasını nəzərə alaraq bu xəstəliyə dair dövlət strategiyasını özündə əks etdirən rəsmi sənədin işlənib hazırlanması və təsdiqi istiqamətində addımların atılması;
- meyit donordan orqan köçürülməsinə dair müvafiq normativ hüquqi bazanın yaradılması prosesinin tamamlanması istiqamətində müvafiq addımların atılmasını;
- səhiyyə sahəsində digər proqramlar, xüsusilə xroniki böyrək çatışmazlığının əsas səbəblərindən biri olan şəkərli diabet xəstəliyi üzrə tədbirlər çərçivəsində, habelə orta təhsil müəssisələrində xroniki böyrək xəstəliyinin profilaktikası ilə əlaqəli tədbirlərin nəzərdə tutulmasının təmin edilməsi;
- xəstələrin böyrəkköçürmə növbəsinə yazılma qaydalarının qəbul edilməsini, bu prosesin elektronlaşdırılmasını və nəzarət mexanizmlərinin qurulmasını, xəstələrin növbədəki yerinin müəyyənləşdirilməsi üçün beynəlxalq praktikada istifadə edilən qiymətləndirmə metodlarının tətbiq edilməsi;
- uşaqlarda böyrəkköçürmə əməliyyatlarının prioritetliliyinin müəyyən edilməsini və bu əməliyyatların sayının artırılması yönündə müvafiq addımların atılması.
Qeyd edək ki, audit 01.01.2016-cı il tarixindən 31.12.2021-ci il tarixinədək olan dövrü əhatə edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar