Xaricdən dərman gətirilməsi ilə bağlı miqdar müəyyənləşəcək
Baxılıb: 611 Tarix: 09-12-2022 12:22
“Mövcud qanunvericiliyə əsasən fiziki şəxslər özünə lazım olan qədər dərman vasitəsini ölkəyə gətirə bilərlər”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, zəruri olan miqdarın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verilib: “Fürsətdən istifadə edərək Milli Məclisin Səhiyyə komitəsinin üzvlərini müzakirələrdə iştirak etməyə və dəyərli təkliflərini verməyə dəvət edirik”.
O qeyd edib ki, dünya ərzaq bazarlarındakı vəziyyət əksər ölkələrdə olduğu kimi Azərbaycanda da ərzaq təhlükəsizliyi, idxaldan asılılığın azaldılması məsələləri daha da aktuallaşır: “Prezidentin hökumətə verdiyi tapşırıqdan irəli gələrək Nazirlər Kabineti Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında sərəncamın icrası üçün bir sıra vacib tədbirlər görür. Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məlumatlarının qiymət artımının qarşısını almaq üçün sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri tətbiq edilib. Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün əsas istiqamətlərdən biridir”.
Ən çox oxunanlar
Son xəbərlər