İki şagirdin Prezidentə məktubu maraq doğurdu
Baxılıb: 992 Tarix: 04-05-2020 14:34
Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması ilə bağlı addımlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə ölkənin hər yerindən müraciətlər, məktublar gəlir.
Qanunvehedef.az xəbər verir ki, bu gün yazılan yüzlərlə məktub içərisində iki şagirdin münasibəti xüsusi maraq doğurub.
Bakının Qaradağ rayonundan şagird Ayxan Abdullayev yazıb: “Əziz Prezidentimiz, mən Qaradağ rayonu 139 nömrəli tam orta məktəbin 9 "b” sinif şagirdiyəm. Hazırda bütün dünyada yayılan koronavirus pandemiyası ilə mübarizədə Sizin rəhbərliyinizlə ölkəmizdə böyük işlər görülür. Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza görə şəxsən öz adımdan və valideynlərimin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin rəhbərliyinizlə biz bu mübarizədən üzüağ, alnıaçıq çıxacağıq. Sizin kimi rəhbərimizin olmağı ilə fəxr edir, qürur duyuruq. Sizə Allahdan uzun ömür, cansağlığı arzu edirəm”.
Bərdə rayonundan orta məktəb şagirdi Sakit Səlimovun məktubu isə daha diqqətçəkicidir. O, Prezidentə ünvanladığı məktubunda “milyonlarla insanın adından” ifadəsini işlədib ki, bu da onun gördüyü və tanıdıqlarından aldığı təəssüratı uşaq təfəkkürünə uyğun ümumiləşdirməsi baxımından xoş təəssürat yaradıb.
O yazıb:
“Əziz və hörmətli Prezidentim, mən ailəmizin və milyonlarla insanın adından Sizə dərin təşəkkürlərimi bildirirəm. Bütün dünyanı cənginə almış koronavirus pandemiyası bizdən də yan keçmədi. Lakin Sizin vaxtında gördüyünüz tədbirlər nəticəsində xalqımız bu sınaqdan da üzüağ çıxdı. Vətənə xidmətin rütbəsi və yaşı yoxdur. Ali Baş Komandanımızın qoyduğu qərarlara hər bir vətəndaşımız layiqincə yanaşmalıdır. Fədakar həkimlərimiz, yorulmaq bilməyən polislərimiz, səngərlərdə ayıq-sayıq dayanan hərbçilərimiz, sıravi vətəndaşlarımız hamısı birlikdə öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Cənab Prezident, biz inanırıq ki, Sizin yürütdüyünüz siyasətlə xalqımız koronavirus bəlasından, torpaqlarımız isə erməni viruslarından tezliklə azad olacaq”.
Prezidentə ünvanlanan məktublarla daha əhatəli burda tanış ola bilərsiniz.
Ən çox oxunanlar
Son xəbərlər