Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İlham Əliyev Sloveniya prezidentini təbrik etdi

Baxılıb: 1 734     Tarix: 24-06-2020 17:35   

Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Borut Pahora təbrik məktubu göndərib.
Qanunvehedef.az məktubun mətnini təqdim edir:
“Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və dost Sloveniya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan Azərbaycan-Sloveniya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin mənafelərinə xidmət edən əlaqələrimiz birgə səylərimizlə bundan sonra da genişlənəcəkdir.
Bəşəriyyətin COVİD-19-la mübarizə apardığı bir zamanda Azərbaycan xalqının dost Sloveniya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə daim rifah arzulayıram".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar