Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Avropadakı səfirimizin bu paylaşımı qalmaqal yaratdı

Baxılıb: 765     Tarix: 09-08-2020 13:58   

Azərbaycanın Avropa Birliyindəki səfiri Fuad İsgəndərov Amerikada polisin qətlə yetirdiyi zənci Corc Floydun əleyhinə yazılmış irqçi statusu təkrar paylaşıb.
Qanunvehedef.az Musavat.com-a istinadla xəbər verir ki, səfirimizin rus dilində olan statusu təkrar paylaşması Avropa Birliyində ciddi etirazla qarşılanıb.
Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümü böyük etirazlar yaratmışdı. Belə həssas mövzu ilə bağlı səfirimizin rusca olan irqçi statusu paylaşması təəccüblüdür.
Məsələ ilə bağlı “euobserver.com” saytına açıqlama verən Fuad İsgəndərov bildirib ki, gün ərzində onlarla mesaj alır və bir çox hallarda oxumadan göndərilən statusu təkrar paylaşır. Corc Floyd ilə bağlı statusda da belə olub. Avropa Birliyindəki diplomatımız qeyd edib ki, o, əsrlər boyu işğal altında olan bir ölkəni təmsil edir. Yəni belə bir ölkənin təmsilçisinin irqçi status paylaşması mümkün deyil. Sadəcə texniki səhv nəticəsində belə bir xəta ortaya çıxıb.
Təəssüf ki, bu texniki xətadan ermənilərə simpatiya bəsləyən qruplar dərhal yararlanıb. “Euobserver.com” saytı qeyd edib ki, Azərbaycanda ermənilər kimi etnik azlıq olan digər xalqlara qarşı da bu kimi yanaşma ilə bağlı Avropa Birliyinin müxtəlif strukturlarına şikayətlər daxil olub. Hətta Azərbaycanda yüksək ranqlı siyasətçilərdən biri erməniləri koronovirusla müqayisə edib.
Sayt onu da qeyd edib ki, Fuad İsgəndərov bir müddət Azərbaycan milli təhlükəsizlik nazirinin (həmin nazirlik ləğv olunub) müavini olub. 2012-ci ildən səfir kimi çalışır.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar