Türkiyənin İrəvana uçmağı planlaşdıran təyyarəyə icazə verməməsi bizə nə vəd edir? – Rəy
Baxılıb: 500 Tarix: 02-09-2020 10:51
"Türkiyə Ermənistanın paytaxtı İrəvana uçmağı planlaşdıran Almaniya Hərbi Hava Qüvvələrinə aid təyyarəyə Türkiyənin hava sərhədlərindən keçməyə icazə vermədi. Baş verən hadisə Türkiyə-Almaniya əlaqələrində "gərginliyə yol açan yeni bir skandal hadisə" olaraq xarakterizə edildi".
"MediaPost" xəbər verir ki, bunu siyasi şərhçi Turab Rzayev deyib.
Onun sözlərinə görə, bu, alman ehtiyat hissələrindən istifadə etdiyi üçün Türkiyəni hərbi texnikasını Azərbaycana satmağa qoymayan Almaniyadır:
"Görəsən, Rusiya hərbi nəqliyyat təyyarələri kimi, Almaniya hərbi nəqliyyat təyyarələri də İrəvana "kərpic", "qum-çınqıl", "sement" daşımaq istəyib? Türkiyə də onların bu tikinti materiallarını daşımasına mane olub? Deyəsən, bölgədə Fransadan sonra Almaniya da fərqli oynamağa başlayıb. Bu, alman ehtiyat hissələrindən istifadə etdiyi üçün Türkiyəni hərbi texnikasını Azərbaycana satmağa qoymayan Almaniyadır. Nə vaxtdan İrəvana hərbi nəqliyyat təyyarələri göndərməyə başlayıb? Nə hikmətdirsə, son dövrlərdə Fransa və Almaniyanın hərbi-siyasi fəaliyyətləri bölgədə və dünyada Rusiyanın, həm də Ermənistanın lehinə, ABŞ və NATO-nun isə əleyhinə işləməyə başlayıb. Biz bu təzaddan istifadə etməliyik".
T.Rzayev bildirib ki, Ermənistan tərəfinin ikinci təxribatı gözləniləndir və buna qarşı oktyabra qədər tədbir görülməlidir:
"Düşünürəm ki, Ermənistanın Tovuz-Qazax istiqamətindən ikinci hücumunu gözləmədən hərbi əməliyyatlar ən geci, oktyabr ayına qədər başladılmalıdır. İlkin təzyiq vasitəsi olaraq, Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonlarda saldığı yaşayış məskənləri və Xocalı aeroportu vurulmalıdır".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər