Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

İlham Əliyev və xanımı UNEC-in yeni korpusunun açılışında

Baxılıb: 1 057     Tarix: 03-09-2020 13:22   
 
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib.
Qanunvehedef.az xəbər verir ki, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tədris korpusunun açılışında iştirak ediblər.
Dövlət başçısı və birinci xanım tədris korpusunda yaradılan şəraitlə tanış olublar.
Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat veriblər.
Bildirilib ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan yeni binada texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Binada auditoriya, mühazirə, linqafon otaqları, ən müasir texnologiya ilə təchiz olunan laboratoriyalar, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar