Xəbər lenti
03/10/2025 [12:34]
Sabah hava neccə olacaq?
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Dqr” işğalı təsdiqlədi, İrəvandan dərhal əmr gəldi - Foto

Baxılıb: 816     Tarix: 09-09-2020 12:49   

Ermənistanda hakimiyyət uğrunda mübarizənin qızışdığı bir vaxtda Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qondarma rejimin “rəsmi”ləri İrəvanı çətin duruma salıb.
Qanunvehedef.az “Analitik.am”a istinadən xəbər verir ki, hadisə “dqr”in “təhlükəsizlik şurasının rəhbəri” Samvel Babayanın Qarabağdakı erməni icmasının gəncləri ilə görüşü zamanı baş verib.
Belə ki, Samvel Babayan “dqr” ilə Ermənistan arasında hərbi ittifaqın imzalanması ilə bağlı suala bu cür cavab verib:
“Biz hərbi ittifaqı kimlə bağlayırıq? Yəni bu müqaviləni kim kimlə imzalayır? Belə çıxır ki, Ermənistan müqaviləni özüylə bağlayır?”
Mahiyyət etibarı ilə Babayan separatçı və oyuncaq qurumun hüquqi olaraq mövcud olmadığını, Dağlıq Qarabağı Ermənistanın işğal etdiyini və hazırda da burada Ermənistan ordusunun olduğunu təsdiqləyib.
Babayanın bu bəyanatı İrəvanda qalmaqal yaradıb.
Məlumata əsasən, bu açıqlamadan bir neçə saat sonra İrəvandan separatçı rejimin liderlərinə sözügedən bəyanatı bütün media orqanlarından sildirmək üçün əmr gəlib.
“Bu məlumat Dağlıq Qarabağı Ermənistanın işğal etdiyini təsdiqləyir. Ancaq İrəvan beynəlxalq ictimaiyyətə rəsmi səviyyədə Ermənistan ordusunun “dqr”ə yalnız dəstək verdiyini göstərmək istəyir”, - erməni nəşrində deyilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Mostbet AZ . Buy yes2win pbn google seo ranking
Redaktor seçimi
Çox oxunanlar