Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İcma sədri ermənilərə xəbərdarlıq etdi: Açıq mesaj...

Baxılıb: 620     Tarix: 18-09-2020 15:03   

Xankəndi Qarabağın göz bəbəyi kimi şəhərdir. Mən Xankəndi sakinləri adından buradan düşmənlərimizə mesaj göndərirəm ki, biz Xankəndində törədilmiş qırğın və talanları yaddan çıxarmamışıq.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında 1988-ci ilin sentyabrın 18-də Xankəndi şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi terror hərəkətlərinə həsr olunan mətbuat konfransında icma sədri Tural Gəncəliyev deyib.
“Biz o torpaqları şanlı ordumuzun köməkliyi ilə lazımsız terrorçu ünsürlərdən təmizləyəcəyik. Düşmənlər bizim istəyimizin qarşısında dura bilməyəcəklər. Torpaqlarımızın işğal altında olması müvəqqətidir. Düşmənlərimiz bizim əzmimizi bilirlər və çox narahatlıq keçirirlər. Ermənistanın təcavüz siyasətinin bitməsinə az qalıb. Biz həmin terroçulardan haqq-hesab soracağıq. Bu işğal müvəqqətidir, ermənilərin işğal edilmiş torpaqlarımızda olması müvəqqətidir. Bizim istəyimiz qarşısında Ermənistanın və onun havadarlarının orduları tab gətirə bilməyəcəklər. Öz torpaqlarımıza tezliklə geri qayıdacağımız barədə düşmənə açıq mesaj veririk. Biz Xankəndi və Qarabağ övladları olaraq artıq öz torpaqlarımıza geri dönmək əzmindəyik. Haqq-ədalət və beynəlxaq hüquq da bizim tərəfimizdədir”, - T.Gəncəliyev bildirib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar