Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Qarabağa PKK-nın xüsusi dəstələri gətirilir - Video

Baxılıb: 604     Tarix: 20-09-2020 13:26   

Özbəkistanın  tnews.uz portalı Dağlıq Qarabağa Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatının xüsusi dəstələrinin gətirilməsi ilə bağlı material verib.
Qanunvehedef.az xəbər verir ki, bu haqda Türkiyənin “Cümhuriyyət” qəzeti məlumat yayıb.
Yazıda bildirilir ki, Ermənistan hökumətinin təşəbbüsü ilə Livan ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsi məsələsindən sonra indi də PKK terrorçuları Dağlıq Qarabağa gətirilir.
Bildirilir ki, artıq 100-dən çox Livan ermənisi Dağlıq Qarabağda yerləşdirilib. Aeroportda onları qarşılayan Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda bu ermənilərə vətəndaşlıq da veriləcək.
Qeyd olunur ki, Ermənistan işğal etdiyi Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərində demoqrafik vəziyyəti dəyişmək siyasəti aparır.
Yazıda qeyd edilir ki, 2009-cu ildə Suriya erməniləri də Dağlıq Qarabağda yerləşdirildikdən sonra PKK-nın Suriya qanadından olan 250 terrorçu Ermənistan Silahlı qüvvələrinin tərkibinə daxil olmuşdu.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar