Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bayramov Britaniyanın dövlət naziri ilə danışdı

Baxılıb: 708     Tarix: 29-09-2020 09:36   

Sentyabrın 28-də Xarici İşlər naziri Ceyhun Bayramovla Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, V.Morton bölgədə gərginliyin aradan qaldırılmasının və atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb.
C.Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan tərəfinin yeni hərbi təcavüzünə cavab olaraq, öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib.
Ermənistan silahlı qüvvələrinin bundan öncə olduğu kimi Azərbaycan mülki şəxslərini və obyektlərini hədəfə aldığını qeyd edən nazir, bunun işğalçı ölkə tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halı olduğunu vurğulayıb. Nazir bölgədə gərginliyin hələ də davam etdiyini bildirərək yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar