Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Kreml dolayısı ilə Paşinyana bunu dedi... – Millət vəkili

Baxılıb: 626     Tarix: 01-11-2020 13:07   

Rusiya niyə Ermənistana kömək etməlidir? Söhbət yalnız Paşinyanın ruslara nifrət etməsindən getmir. Erməni xalqı öz xəyanətkar xislətindən çıxış edərək hesab etdi ki, Rusiyaya güvənərək Azərbaycanın 20% torpaqlarını işğal ediblər, yeni müharibə başlayarsa, Rusiya etməsə də, Qərb və digər region dövlətləri onlara kömək edəcək, həm də onlar güclü müdafiə istehkamları qurublar. Deməli, Rusiyaya xəyanət edib ruslara nifrət edən birini özlərinə lider seçə bilərlər.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri mediaya geniş müsahibəsində millət vəkili Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, Paşinyan hakimiyyətə gələn kimi Rusiyanı tədrici addımlarla Ermənistandan çıxarmağa başladı, xalq da onun bu siyasətini dəstəklədi:
“Ona görə də Rusiya deyir ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində öhdəliklərimizə sadiqik. Müharibə Azərbaycan ərazisində getdiyindən biz sizin kimi satqınlara görə beynəlxalq hüququ ayaqlar altına atıb Azərbaycanla, həm də təkcə Azərbaycanla yox, o cümlədən Türkiyə ilə münasibətləri poza bilmərik. Bununla da Rusiya satqın erməni xalqına dərs verir. Paşinyana da dolayısı ilə deyir ki, özün kimi saqqallı rusafob tərəfdarlarını göndər Qarabağa döyüşməyə, qoy qırılsınlar. Sonra baxaq görək İrəvanın küçələrində səni kim dəstəkləyəcək. O da axmaq olduğu üçün göndərir. Həm də axmaq olduğu üçün vəziyyəti düzgün qiymətləndirə bilmir, işğalçı ordusunu Azərbaycandan çıxarmaq əvəzinə, fikirləşir ki, son əsgərini də döyüşə göndərib vaxt udsa, bəlkə Qərb özü kömək etməsə də Rusiyaya təzyiq edib onları Ermənistan üçün döyüşməyə göndərə bilər. Amma Paşinyan başa düşmür ki, məsələ tək onunla bağlı deyil, daha çox həmişə onlara qucaq açmış qonşularına nankorluq edən erməni xalqı ilə bağlıdır. Bu xalq qonşularına etdiyi xəyanətlərin acısını yaşayıb tövbə etməli, qonşuları ilə ləyaqətli birgəyaşayış yolu seçməli, beynəlxalq hüquq normalarına hörmət etməyi öyrənməlidir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar