Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bakıda Türkdilli Dövlətlərin Baş prokurorlarının ilk iclası keçirilir - Fotolar + Yenilənir

Baxılıb: 371     Tarix: 01-11-2021 10:53   

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorları Şurasının birinci iclası başlayıb.
Qanunvehedef.az xəbər verir ki, “Türkdilli dövlətlərin prokurorlarının cinayətkarlığa qarşı mübarizədə rolu: Real imkanlar və müasir çağırışlar” mövzusundakı beynəlxalq konfransda açılış sözü ilə Baş prokuror Kamran Əliyev çıxış edib.
O, qonaqları salamlayıb və Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini çatdırıb.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti təqdim olunub.
Qeyd edək ki, iclasda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan Baş prokurorları, Qazaxıstan Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar iştirak edirlər.
***
Türkdilli dövlətlərin Baş Prokurorlar Şurasının əməkdaşlıq protokolu imzalanıb.
Protokolu Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan Baş prokurorları, Qazaxıstan Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini imzalayıblar.




шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar