Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ABŞ-ın yüksək vəzifəli diplomatı Azərbaycana gəlir

Baxılıb: 236     Tarix: 02-11-2021 11:08   

ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni təyin olunan müavini Erika Olson Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Noyabrın 2-4-dək sürəcək səfər zamanı diplomat Cənubi Qafqazda regional əməkdaşlıq və ikitərəfli əlaqələri müzakirə edəcək.
Məlumata görə, İrəvanda ABŞ səfirlərinin və digər diplomatik nümayəndəliklərinin toplantısı keçiriləcək. Tədbirdə Vaşinqtonun Azərbaycandakı səfiri Örl Lisenberger, Ermənistandakı səfiri Linn Treysi və Gürcüstandakı səfiri Kelli Deqnan iştirak edəcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar