Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Regionda sülhün bərqərar olmasına görə İlham Əliyevi təbrik etdi

Baxılıb: 432     Tarix: 04-11-2021 15:02   

“Hazırda hökm sürən pandemiya böhranı Olimpiya hərəkatına da təsir göstərib. Biz gələcəyi və onun formasını yüksək texnologiyaları tətbiq etməklə qura bilməyəcəyik. Hazırkı böhranlarda mübarizə üçün həmrəylik əsas şərtdir. Qlobal həmrəylik çətin də olsa, bizə lazımdır. Birlik və sülh siyasi, iqtisadi və humanitar qütbləşməni aradan qaldıra bilər”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç VIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında ifadə edib.
Sabiq Prezident deyib: “Biz həmrəyliyin geridə qalmasına imkan verməməliyik. Bu böhran açıq şəkildə göstərdi ki, elm və səhiyyə, hətta peyvəndlər bu məqamda siyasiləşdirilir. Biz COVID-19-a qarşı peyvəndlərin bütün ölkələr üçün bərabər paylanmasının tərəfdarıyıq. Bu böhrandan onu öyrənməliyik ki, bizə daha çox həmrəylik lazımdır. Həmrəylik həm cəmiyyətlər daxilində, həm də cəmiyyətlər arasında olmalıdır”.
Səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirən Kolinda Qrabar-Kitaroviç regionda sülhün bərqərar olmasına görə dövlətimizin başçısına təbriklərini çatdırıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar