Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakı Forumunda beşinci panel iclası keçirilib

Baxılıb: 345     Tarix: 05-11-2021 13:47   

Noyabrın 5-də VIII Qlobal Bakı Forumu çərçivəsində "İctimai səhiyyə və insanların vaksinasiyası" mövzusunda beşinci panel iclası keçirilib.
Qanunvehedef.az xəbər verir ki, ABŞ-ın Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti Suzan Elliottun moderatorluğu ilə keçən panel iclasında qlobal pandemiya ilə mübarizə, COVAX platformasının fəaliyyəti, vaksinlərin qeyri-bərabər bölgüsü müzakirə edilib.
Panel iclasında BMT-nin Baş Katibinin müavini, BMT AIDS proqramının icraçı direktoru xanım Vinnie Byanyima, İsrailin sabiq prezidenti, 2006-2009-ci illərdə Knessetin prezidenti Daliya İtzik, Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev, Maltanın sabiq baş naziri Cozef Muskat, Sloveniyanın sabiq prezidenti Danilo Turk, Latviyanın sabiq prezidenti Lamdota Strauyuma, Şimali Makedoniyanın sabiq prezidenti George İvanov çıxış ediblər.
Çıxışlar zamanı bildirilib ki, qlobal pandemiya dünya səhiyyəsində olan ciddi problemləri üzə çıxarıb. Hazırda qlobal COVAX platforması hələ də tam gücü ilə işləmir. COVID-19-a qarşı bir çox ölkələr vaksin istehsal etsə də, onların dünyada yayılması qeyri-bərabər aparılır. Vaksin istehsal edən ölkələr bir çox hallarda digər dövlətlərlə peyvəndləri bölüşməkdə maraqlı deyillər. Qlobal pandemiya dövründə isə ölkələrin ayrı-ayrılıqda COVID-19-a qalib gəlməsi mümkün deyil. Ən acınacaqlı vəziyyət hazırda Afrikadadır.
Panel iclası müzakirələrlə davam edib.
Qeyd edək ki, VIII Qlobal Bakı Forumu öz işini noyabrın 6-da başa çatdıracaq.шаблоны для dle 11.2