Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Rusiya sərhəddə demarkasiya ilə bağlı təkliflərlə çıxış edib” - Paşinyan

Baxılıb: 482     Tarix: 18-11-2021 12:32   

“Rusiyanın Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan sərhədində demarkasiya və delimitasiyaya hazırlıq mərhələsi ilə bağlı təkliflərlə çıxış edib”.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.
Onun sözlərinə görə, sözügedən təkliflər Ermənistan üçün məqbuldur. Paşinyan müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə bu məsələnin təfərrüatlarını dəqiqləşdirməyi tapşırıb.
N. Paşinyan, həmçinin qeyd edib ki, 2021-ci ilin may ayından sonra Azərbaycan - Ermənistan dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı üç təklif edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}