Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əziz Sancar İlham Əliyevlə görüşündən danışdı

Baxılıb: 442     Tarix: 06-12-2021 12:25   

“Prezident İlham Əliyevlə görüşümüzdə Qarabağ müharibəsindən söz açdıq. Minsk qrupunun 30 illik fəaliyyətini müzakirə etdik. Onlar 30 il ərzində heç bir addım atmadılar”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancar Bakıda keçirdiyi brifinqdə deyib.
“Mən görüşdə elm adamı, türk alimi olduğumu dedim. Türk milliyətçisi olmağın digər önəmli tərəfi də elmdə qüvvətli olmaqdır. Əgər bilikli olmasan, xarici qüvvələrin etdiklərinə qarşı çıxmaq olmaz və onların istədiklərini edərsən. Bunu Prezident İlham Əliyev də dəstəklədi. Ərdoğanla da görüşümdə deyirdim ki, fundamental elmlərə hər şeydən əvvəl üstünlük verilməlidir. Texnologiya da fundamental biliklər əsasında düzgün qurula bilər. Bunun türk dünyasına faydasından başqa insanlığa qarşı borcumuz olduğunu düşünürəm”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar