Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Parlament Şəbəkəsinin yaradılması cənab Prezidentin böyük beynəlxalq nüfuzunun göstəricisidir"

Baxılıb: 516     Tarix: 07-12-2021 12:30   

Bildiyiniz kimi, İspaniyanın paytaxtı Madriddə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi yaradılıb və Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib.
Mövzu ilə bağlı deputat Vüqar İskəndərov Sonxeber.az-a münasibət bildirib.
O vurğulayıb ki, Parlamentlər Şəbəkəsinin yaradılması QH sədri, cənab İlham Əliyevin əməyinin, nüfuzunun, və uzaq görənliyinin mühüm nəticəsidir:
"QH üzv dövlətlərinin parlamentlərinin spikerləri, spiker müavinləri və deputatlarının iştirakı ilə keçirilmiş iclasda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova sədrlik edib. Onun məsələlərə peşəkar yanaşması, parlament sədrləri arasında xüsusi nüfuzunun olması iclasın gedişatında da hiss olunub. Parlament diplomatiyasının hərtərəfli inkişafında, ölkələr arasındakı çoxşaxəli münasibətlərdə Azərbaycan Parlamentinin spikeri Sahibə Qafarovanın xüsusi rolu danılmazdır. O, bir çox ölkələrə etdiyi rəsmi və işgüzar səfərləri zamanı, eləcə də Madrid şəhərində keçirilən iclasda vəzifəsini yüksək səviyyədə yerinə yetirərək haqqında deyilənləri sübut edib.


Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin beynəlxalq platformada nüfuzlu parlament sədrlərinə və digər siyasətçilərə çatdırılması ölkəmizin parlament diplomatiyası sahəsindəki uğurlarının bariz nümunəsidir.
Yüksək səviyyədə keçən iclasda Hərəkatın tarixində yeni səhifə açacaq və üzv dövlətlər arasında munasibətlərin inkişafına xidmət edəcək QH Parlamentlər Şəbəkəsi təsis edilib.
Məhz cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu Şəbəkə QH-nin fundamental dəyər və prinsiplərinin təşviqinə, Hərəkata üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin edilməsinə, habelə QH üzv dövlətləri üçün ümumi maraq kəsb edən məsələlərin həll edilməsinə parlamentlərin töhfə verməsinə imkan yaradacaq, eləcə də qlobal risk və təhdidlərə qarşı mübarizədə yeni çoxtərəfli əməkdaşlıq platforması rolunu oynayacaq.
Tədbirdə çıxış edən QH üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri QH-nin sədri qismində Azərbaycan Respublikasının bu əhəmiyyətli təşəbbüsünü yüksək qiymətləndirib və Şəbəkənin fəaliyyətində aktiv iştirak edəcəklərini vurğulayıblar.
Cənab Prezident İlham Əliyevin QH-yə sədrlik etdiyi müddətdə Hərəkat BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı statusunu qazanıb. Prezidentimizin gördüyü işlər sırasına pandemiya dövründə qəbul etdiyi uzaqgörən qərarlar da daxildir.
Əldə etdiyimiz uğurlar nəzərə alınaraq, 120 üzv ölkənin xahişi ilə Azərbaycanın sədrliyi daha bir il müddətinə uzadılıb. Bunun özü bizə olan etimadın, inamın göstəricisidir.
İclasın yekununda Madrid Bəyannaməsi yekdilliklə qəbul edilib. Bəyannamədə təsis edilmiş Parlament Şəbəkəsinin Hərəkatın fəaliyyətinə verəcəyi töhfə və həyata keçirəcəyi funksiyalar vurğulanır, Azərbaycanın Hərəkata səmərəli sədrliyi alqışlanır, habelə Şəbəkənin növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçiriləcəyi bildirilir.
Ümumilikdə, Parlament Şəbəkəsinin yaradılması cənab Prezidentin böyük beynəlxalq nüfuzunun göstəricisidir".

ZAİRA AKİFQIZI

Qanunvehedef.azшаблоны для dle 11.2